weflyhome.com ( Hüquqi Adı: Weflyhome S.A.) vebsaytının fərdi şəxslər haqqında müəyyən məlumatları toplaması lazımdır.
Bura şirkətin münasibətdə olduğu və ya əlaqə saxlamalı ola biləcəyi müştərilər, təchizatçılar, biznes kontaktları, işçilər və digər şəxslər daxildir.
Bu siyasətdə, şəxsi məlumatların qorunması üzrə şirkətin standartlarına və qanunun tələblərinə uyğunluğu təmin etmək üçün şəxsi məlumatların hansı şəkildə toplanmalı, idarə olunmalı və saxlanmalı olduğu təsvir olunur.
Bu siyasət nə üçün mövcuddur?
Şəxsi məlumatların qorunması üzrə bu siyasət weflyhome.com şirkətinə aşağıdakılar ilə əlaqədar təminat verir:
1998-ci ilin "Şəxsi Məlumatların Qorunması haqqında Qanun"da, weflyhome.com da daxil olmaqa, şirkətlərin şəxsi məlumatları hansı qaydada toplamalı, idarə etməli və saxlamalı olduqları təsvir olunur.
Bu qaydalar, elektron formada, kağız üzərində və ya digər materiallar üzərində saxlanmasından asılı olmayaraq, şəxsi məlumatlara tətbiq olunur.
Qanuna uyğunluğu təmin etmək üçün şəxsi məlumatlar ədalətli şəkildə toplanmalı və istifadə olunmalı, təhlükəsiz qaydada saxlanmalı və qeyri-qanuni olaraq açıqlanmamalıdır.
Şəxsi Məlumatların Qorunması haqqında Qanun səkkiz mühüm prinsipə əsaslanır. Bunlara əsasən şəxsi məlumatlar:
Siyasətin əhatə sahəsi
Bu siyasət aşağıdakılara tətbiq olunur:
Bu siyasət, məlumatları müəyyənləşdirilə bilən şəxslərə dair şirkətin ixtiyarında olan bütün məlumatlara tətbiq olunur; hətta əgər belə məlumat texniki olaraq 1998-ci ilin Şəxsi Məlumatların Qorunması haqqında Qanunun tətbiq sahəsindən kənara çıxarsa belə. Bura aşağıdakılar daxil ola bilər:
Şəxsi məlumatların qorunmasına dair risklər
Bu siyasət, aşağıdakılar daxil olmaqla, weflyhome.com saytını məlumatların təhlükəsizliyinə dair bəzi olduqca real risklərdən qorumağa kömək edir.
Məsuliyyət
weflyhome.com saytında işləyən və ya onunla əməkdaşlıq edən hər bir şəxs şəxsi məlumatların müvafiq qaydada toplanmasını, saxlanmasını və idarə olunmasını təmin etmək yönündə müəyyən məsuliyyət daşıyırlar.
Şəxsi məlumatlarla işləyən hər heyət üzvü bu cür məlumatların hazırkı siyasətə və şəxsi məlumatların qorunma prinsiplərinə uyğun olaraq idarə olunmasını və istifadə edilməsini təmin etməlidir.
Bununla belə, bu insanların başlıca məsuliyyət dairəsi mövcuddur:
Direktorlar şurasını şəxsi məlumatların qorunması üzrə yenilənən öhdəliklər, risklər və məsələlər barədə
məlumatlandırmaq.
Şəxsi məlumatların qorunması üzrə bütün prosedur qaydalarını və əlaqədar siyasətləri müəyyən olunmuş vaxt cədvəlinə uyğun olaraq nəzərdən keçirmək.
Bu siyasətin tətbiq olunduğu şəxslərə şəxsi məlumatların qorunması üzrə təlimlərin keçirilməsini və
məsləhətlərin təmin edilməsini təşkil etmək.
İşçi heyətindən və bu siyasətin tətbiq olunduğu hər hansı şəxsdən şəxsi məlumatların qorunmasına dair daxil
olan sualları cavablandırmaq.
weflyhome.com saytının onlara dair hansı məlumatlara yiyələndiyini öyrənmək məqsədilə fərdi şəxslərin göndərdiyi müraciətləri cavablandırmaq.
Üçüncü tərəflərlə mövcud olan və şirkətin həssas məlumatlarını özündə ehtiva edən hər hansı müqavilə və razılaşmaları nəzərdən keçirmək.
Məlumatların saxlanması üçün istifadə olunan bütün sistemlərin, xidmətlərin və avadanlıqların qəbul olunmuş təhlükəsizlik standartlarına uyğun olmasını təmin etmək.
Təhlükəsiz avadanlıq və proqram təminatlarının lazımi qaydada işləməsini təmin etmək üçün mütamadi olaraq sistem yoxlamalarını və skanlarını yerinə yetirmək.
Şəxsi məlumatların saxlanması və ya onların işlənməsi üçün şirkət tərəfindən istifadə edilmək üçün nəzərdən keçirilən üçüncü şəxsin hər hansı xidmətlərini qiymətləndirmək. Misal üçün, bulud hesablamaları xidmətləri.
E-poçt və məktub formasında aparılan ünsiyyətlərə əlavə edilən şəxsi məlumatların qorunması üzrə hər hansı bəyənatları təsdiqləmək.
Jurnalistlər və ya qəzetlər kimi informasiya agentliklərindən daxil olan şəxsi məlumatların qorunmasına dair sorğuların cavablandırılması
Lazım olarsa, marketinq təşəbbüslərinin şəxsi məlumatların qorunması prinsiplərinə uyğun olmasını təmin etmək üçün digər heyət üzvləri ilə əməkdaşlıq etmək
İşçi heyətinə ümumi göstərişlər
Şəxsi məlumatların saxlanması
Bu qaydalarda şəxsi məlumatların necə və harada təhlükəsiz saxlanmalı olduğu təsvir olunur. Şəxsi məlumatların təhlükəsiz qaydada saxlanması haqqında suallar İnformasiya Texnologiyaları üzrə Menecerə və ya Məlumatlara Nəzarət Mütəxəssisinə yönləndirilməlidir.
Şəxsi məlumatlar kağız üzərində saxlandıqda, bu cür məlumatlar onlara hüququ çatmayan şəxslərdən təhlükəsiz yerdə saxlanmalıdır.
Bu göstərişlər, həmçinin, adətən elektron formada saxlanılan lakin bəzi səbəblərə görə çap edilmiş məlumatlara da şamil olunur:
Şəxsi məlumatlar elektron formada saxlanarsa, bu çür məlumatlar, onlara icazəsiz çıxışdan, təsadüfi olaraq yaddaşdan silinmədən və xakerlərin bədniyyətli hücumlarından qorunmalıdırlar:
Şəxsi məlumatlardan istifadə
Biznes proseslərində onlardan istifadə edilə bilmədikdə, şəxsi məlumatlar weflyhome.com üçün artıq dəyərsiz olur. Bununla belə, şəxsi məlumatlara məhz çıxış əldə edilib, istifadə olunduqda, onların itirilmə, zədələnmə və ya oğurlanma riski maksimum səviyyədə olur:
Şəxsi məlumatların dəqiqiliyi
Qanunun tələblərinə əsasən, weflyhome.com şirkəti şəxs məlumatların dəqiqliyini və yenilənmiş vəziyyətdə saxlanmasını təmin etməlidir.
Şəxsi məlumatların dəqiqliyi daha vacibdir, və weflyhome.com şəxsi məlumatların dəqiqliyini təmin etmək yönündə daha geniş səylər göstərməlidir.
Şəxsi məlumatların mümkün qədər dəqiq və yenilənmiş qaydada saxlanmasını təmin etmək üçün müvafiq addımların atılmasına görə şəxsi məlumatlarla işləyən bütün işçilər məsuliyyət daşıyırlar.
Çıxış hüququnun verilməsi üçün subyektdən müraciətlər
Sky-tour.com tərəfindən sistemdə saxlanılan şəxsi məlumatların subyekti olan bütün fərdi şəxslərin aşağıdakılara dair hüquqları mövcuddur:
Hər hansı fərdi şəxs bu məlumatları öyrənmək üçün şirkətlə əlaqə saxlayarsa, bu, "çıxış hüququnun verilməsi üçün subyektdən müraciət" adlanır.
Fərdi şəxslər tərəfindən göndərilən "çıxış hüququnun verilməsi üçün subyektdən müraciət"lər e-poçt vasitəsilə edilməli və məlumatlara nəzarət mütəxəssisinə ünvanlanmaqla eliq@weflyhome.com elektron ünvanına göndərilməlidir. Məlumatlara nəzarət mütəxəssisi standart müraciət formasını sizə göndərə bilər, lakin məhz bu formadan istifadə olunması məcburi deyil.
Hər "çıxış hüququnun verilməsi üçün subyektdən müraciət" üçün fərdi şəxslərdən 10 Avro məbləği alınacaq. Məlumatlara nəzarət mütəxəssisi müvafiq məlumatı 14 gün ərzində göndərməyə çalışmalıdır.
Məlumatlara nəzarət mütəxəssisi hər hansı məlumatı təmin etməzdən əvvəl, "çıxış hüququnun verilməsi üçün subyektdən müraciət" üçün müraciət edən şəxsin şəxsiyyətini hər zaman təsdiqləməlidir.
Şəxsin məlumatların digər səbəblərdən açıqlanması
Müəyyən hallarda, Şəxsi Məlumatların Qorunması haqqında Qanuna əsasən, şəxsi məlumat subyektinin icazəsi olmadan şəxsi məlumatların hüquq mühafizə orqanlarına açıqlanmasına icazə verilir.
weflyhome.com, bu cür hallarda, barəsində müraciət olunan şəxsi məlumatları açıqlayacaq. Bununla belə, məlumatlara nəzarət mütəxəssisi bu cür müraciətin qanuni olduğundan əmin olmalı və lazım olarsa direktorlar şürasından və şirkətin hüquqşünaslarından məsləhətlər almalıdır.
Məlumatın təmin olunması
weflyhome.com, fərdi şəxslərin onlara aid şəxsi məlumatlardan istifadə edildiyindən xəbərdar edilmələrini və onların aşağıdakıları anlamalarını təmin etməyə çalışır.
Bu səbəbdən, şirkətin, fərdi şəxslərə aid şəxsi məlumatların şirkət tərəfindən necə istifadə olunmasını müəyyən edən məxfilik bəyannaməsi mövcuddur.